Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Tibb tarixində daha bir ilk

Sentyabr 16
14:12 2014

Trend xarici KİV-ə istinadən xəbər verir ki, dünyada ilk dəfə gövdə hüceyrəsindən yetişdirilən torlu qişanın insana köçürülməsi əməliyyatı bir gün sonra müsbət nəticə verib. İnqilabi transplantoloji əməliyyatı metodun kliniki sınaqlarını aparan Yaponiyanın Təbiət Elmləri Dövlət İnstitutu (RIKEN) həyata keçirib.

Əməliyyatın gedişində gündoğan ölkənin mütəxəssisləri makulodistrofiyadan – yaşla əlaqədar görmə pozuntusundan əziyyət çəkən 70 yaşlı pasiyentə gözün torlu qişasını köçürüblər. Qadın bildirib ki, onun “görmə sahəsi daha işıqlı olub”.

RIKEN ehtimal edir ki, bu, uğurlu əməliyyatın nəticəsi ola bilər. Eyni zamanda, alimlərin fikrincə, belə dəyişiklik göz damarlarından qırmızı qan cisimlərinin getməsinə görə ola bilər və buna görə də son nəticə çıxarmaq hələ ki tezdir.

Qeyd edək ki, makulodistrofiya gözün selikli qişasını zədələyir və yaşlı adamlar arasında görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərindən biridir. Bu xəstəliyin bu gün mövcud olan müalicə metodları xəstəliyin simptomlarını yalnız müvəqqəti aradan qaldırmağa imkan verir.

RIKEN institutunda ümid edirlər ki, yetişdirilmiş selikli qişanın köçürülməsi makulodistrofiyanın müalicəsinin həqiqi üsulu ola bilər. Gözlənildiyi kimi, Yaponiyada gövdə hüceyrələrindən istifadə etməklə dünyada keçirilən ilk kliniki sınaqlarda 50-dən çox yaşı olan daha beş belə göz xəstəsi iştirak edəcək. Onlar da analoji əməliyyat olunacaq.

2012-ci ildə Kioto Universitetinin professoru Sinya Yamanaka orqanizmin adi hüceyrələrindən gövdə hüceyrələrinin alınması metodunu kəşf etdiyinə görə tibb sahəsində Nobel mükafatı aldıqdan sonra Yaponiyada regenerativ təbabətin yeni metodlarının hazırlanması üzrə fəal iş aparılır. Ölkə hökuməti yaxın on il ərzində bu sahədə aparılacaq tədqiqatlara 1 milyard dollardan artıq vəsait ayırmaq niyyətindədir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.” (Müqəddəs Quran, “Muminun” surəsi, 78-ci ayə).

“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər.

Təsəvvür edin ki, əgər insan eşitmə, görmə qabiliyyətindən və ağıldan məhrum olsaydı, hansı vəziyyətə düşərdi. Vacib həyati bacarıqlardan və məziyyətlərdən məhrum olmuş kar, kor və lal insanı təsəvvür edin. Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnət­darlıq bildirməzsiniz?

Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

May 2019
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031