Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Titanik”dən beş dəfə böyük gəmi

Aprel 02
17:10 2016

Onun dünyada analoqu yoxdur! O, ölçülərinə və imkanlarına görə dünyanın bütün gəmilərini qabaqlayır.

“Oasis of the Seas” (Dəniz oazisi) – adlı bu gəminin ölçüləri:

Uzunluq – 361, en – 66, hündürlük 72 metr.

“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, ölçülərinə görə məşhur “Titanik”dən beş dəfə böyük olan bu gəminin yük götürmə qabiliyyəti – 225 min tondur.

2704 kayutu olan bu gəmi 6360 sərnişin götürür, 2160 ekipajı var.

Sərnişinlər 12 min ekzotik və canlı bitkisi, 56 ağacı olan “meşədə” istirahət edə bilirlər.

Bu harasıdır! Gəmidə kazino, fantanlı park, bütün növ ərzaq və istədiyin geyimi tapmaq imkanı verən mağazalar var.

Sələf Xəbər: Uca Allah buyurur: “Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbrli olanlar və şükür edənlər üçün bir ibrətdir. (Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar”. (Qurani-Kərim, “Loğman” surəsi, 31,32-ci ayələr)

“Allah-Təala təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930