“Turan Ordusu” Ermənistanın dövlət strukturlarını iflic edib
Aprel 23
15:56
2016
807 dəfə baxılıb
“Turan Ordusu” adlı üzvləri türk respublikalardan ibarət olan haker qrupu Ermənistana kiber hücum təşkil edib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, qrupun Azərbaycan qolu olan Anti-armenia Team kiber hücum nəticəsində Ermənistanın bütün ölkələrdəki səfirlikləri və bəzi dövlət idarələrinin saytlarını dağıdıb.
Kiber hücum sonrası Ermənistana aid bir çox dövlət qurumunun işi iflic vəziyyətinə düşüb.
Ermənistanın Rusiya, Almaniya, Böyük Britaniya, Çin kimi bir çox ölkələrdəki səfirliklərinin saytlarına Azərbaycan bayraqları və prezident İlham Əliyevin fotoşəkilləri yerləşdirilib.
Ermənistanın Xarici İşlər nazirliyinin saytı da dağıdılan saytlar arasındadır.