Türk mühәndisləri ekoloji avtomobil ixtira edib – FOTO
1. 268 dəfə baxılıb
“Sələf Xəbər”-in TRT Azərbaycan-a istinadən xəbərinə görə, türk mühəndis elektrik ilə çalışan “Ekoloji Türk Avtomobili” ixtira edib.
Balıkəsir şəhərində iki mühəndis, 8 ay üzərində işlədikləri elektrik “Ekoloji Türk Avtomobil” ixtira edib. Avtomobilin ixtiraçılarından biri, metallurgiya mühəndisi Çağatay Hergül bildirib ki, dünyada yeni trend olan elektrik nəqliyyat vasitələri, xüsusilə evlərə yemək daşımaq kimi xidmətlərdən istifadə edə biləcək motosikletlərə alternativ bir vasitə olduğunu deyib.
Hesab olunur ki, avtomobil motosikletlərə görə daha etibarlıdır, eyni zamanda ticarət xərcləri və riskləri minimuma endirir. Avtomobilin o biri ixtiraçısı elektrik və elektron mühəndisi Murat Güngör isə bildirib ki, avtomobilin 5 Vatt gücündə kiçik bir mühərriki və 5 nöqtəli təhlükəsizlik kəmərinə sahib oturacağı var. Avtomobilin çəkisi 250 kiloqramdır və 1,60 lirəlik elektriklə 60 kilometr gedə bilir.