Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Türkiyədə düşmənə tankı ağac, təyyarəni quş kimi göstərəcək texnologiya hazırlanıb

Yanvar 07
17:47 2016

Türkiyənin Bilkənt Universitetində buqələmun, səkkizayaqlı ilbiz kimi rəngdən rəngə girən canlılara bənzər şəkildə radar görüntüsünü real rejimdə dəyişdirərək düşməni çaşdıran texnologiya hazırlanıb.

“Sələf Xəbər”in İKT.lent.az-a istinadən verdiyi məlumata görə, bu kəşfin kamuflyaj texnologiyalarında innovasiya olduğu bildirilir. Belə ki, bu texnologiya ilə təchiz edilmiş bir tank meşə ərazisində düşmənə ağac kimi görünəcək. Yaxud, hərbi təyyarə radarda quş kimi görünəcək.

Layihədə iştirak edən Bilkənt Universitetinin fizika bölməsinin müəllimi Coşkun Kocabaş təbiətdə ətraf mühitə uyğunlaşan bir çox canlı olduğunu, həmin canlıların dərilərindəki xüsusi hüceyrələr vasitəsilə rənglərini dəyişdirə bildiyini xatırladaraq, bunun yeni kəşflər üçün alimlərə ilham verdiyini bildirib.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930