Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Türkiyədə ilk Atom Elektrik Stansiyasının təməli qoyulub

Aprel 15
18:13 2015

Mərasimdə enerji naziri Tanər Yıldız da iştirak edib.

“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, Türkiyə üçün tarixi addımlardan biri olan Atom Elektrik Stansiyasının təməli atılıb.

Mərsində qurulacaq Akkuyu Nüvə Enerji Stansiyası üçün möhtəşəm təməlatma mərasimi keçirilib. Mərasimdə enerji naziri Tanər Yıldız da iştirak edib. Nazir enerjidə yerli qaynağın vacibliyinə diqqət çəkib və bildirib ki, bu stansiya 10 il əvvəl qurulsaydı, 14 milyar dollar daha az təbii qaz idxal etmiş olacaqdılar.

Sələf Xəbər: Uca Rəbbimiz insanlara çox nemətlər bəxş etmiş və bu nemətlərə görə Allaha şükr etməyi tələb etmişdir.
Müasir elm və texnologiya da Rəbbimizin ən böyük lütfü hesab olunmalıdır. İnsanlar Allahın bəxş etdiyi bu gözəl neməti xeyirli işlərə sərf etməlidirlər ki, əməlləri ilə Allaha şükr etmiş olsunlar. Belə olduğu təqdirdə Allah bizə olan nemətlərini artırar.

Uca Allah buyurur: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930