Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Türkiyədə informasiya və texnologiyalar sərgisi keçirilir

Sentyabr 12
19:00 2014

“Sələf Xəbər” mincom.gov.az-ın məlumatına əsasən bildirir ki, sentyabrın 11-14 tarixlərində Türkiyənin İstanbul şəhərində “CeBit Bilişim Eurasia” sərgisi keçiriləcək.

Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə dövlət və özəl qurumların nümayəndələri daxildir.

Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan “CEBIT Bilişim-2014” qlobal konfransı informasiya və kommunikasiya texnologiyaları istifadəçilərini və təchizatçılarını bir araya gətirir. “CeBit Eurasia” Avrasiyada aparıcı platforma və seçilmiş bazarların ehtiyacını qarşılayır.

Qeyd edək ki, tədbirdə 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Qlobal konfrans çərçivəsində yüksəksəviyyəli görüşlərin, birgə “B2B” tədbirlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi nəzərdə tutulur.

Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, “ağıllı” şəhər, “ağıllı” dövlət, “ağıllı” bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz məlumat və s. olacaq.

Sərginin keçirildiyi vaxt ərzində Almaniyada nüfuz qazanmış və dünyada rəqəmsal konfranslar sahəsində müvəffəqiyyətlər əldə etmiş “CeBit Global” konfransları da keçiriləcəkdir.

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031