Türkiyədə süni göz tətbiqinə başlanır
1. 656 dəfə baxılıb
Amerikada bir firma tərəfindən icad edilən “Argus II” biyonik göz, başqa deyimlə süni retina, dünyada 100 nəfərə yaxın xəstə üzərində sınaqdan keçirilib.
“Sələf Xəbər” t24.com.tr-yə istinadən xəbər verir ki, ABŞ-da istehsal edilən biyonik gözlər Türkiyədə də tətbiq edilməyə başlanıb. Ciddi ziyan görən, ancaq görmə sinirləri sağlam qalan xəstələr üçün nəzərdə tutulmuş biyonik gözü hazırda Türkiyədə 15 xəstə gözləyir. Qeyd edək ki, protezi Türkiyəyə gətirən firmanın müdiri Hürol Erişçi hal-hazırda süni retinanın qiymətinin 115 min Avro civarında olduğunu bildirib.
Təxminən, 4 saat davam edən bir əməliyyatla yerləşdirilən biyonik göz, xəstənin istifadə gözlüyün üzərindəki video kameradan görüntülər əldə edilir.
Video emal modulu görünüşləri gözlüyün üzərindəki anten vasitəsilə gözə yerləşdirilən retina implanta kabelsiz göndərir. İmplant təlimatları əldə edir və xəbərdarlığı bir elektrod dizisi vasitəsiylə retinaya çatdırır. Beyin bu xəbərdarlığı vizual model olaraq şərh edir.
Türkiyədə biyonik gözün tətbiqi yalnız Ankara Tibb Fakultəsi Vehbi Koç Göz Xəstəxanası və Şişli Hamidiyə Etfal Araşdırma və Təhsil Xəstəxanası göz klinikasının səlahiyyətindədir.
Doktor Dilek Güvən biyonik gözün 25 yaşdan yuxarı, ciddi retina pozğunluğu müşahidə edilən, bir miqdar işıq görə bilən və əvvəl görmə qabiliyyəti olmuş xəstələrə tətbiq ediləcəyini söylədi.