Türkiyəli hakerlər Rusiyanın 61 saytını dağıdıb
730 dəfə baxılıb
Türkiyənin “Ayyıldız Tim” adlı haker qrupu Rusiyanın bir qrup saytının fəaliyyətini iflic edib.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, Türkiyənin “Milliyət” qəzetinin verdiyi məlumata görə, haker qrupu Rusiyanın 61 saytını dağıdıb.
Həmin saytlarda ən çətin zamanlarda Türkiyənin Rusiyanın yanında olduğu bildirilib və ruslar məsum insanların ölümündə günahlandırılıb: “Türkiyə hər zaman rusların ən çətin anında Rusiyanın yanında olub. Avropa və ABŞ Moskvaya qarşı sanksiya tətbiq edəndə, Türkiyə bu sanksiyalara məhəl qoymadı. Rusiya isə gedib alçaq ermənilərin yanında oldu, erməni soyqırımını dəstəklədi, Suriyaya ordu göndərdi və heç bir günahı olmayan türkmənləri bombaladı, məsum insanları öldürdü”.
Hücum edilmiş saytlarda Mustafa Kamal Atatürkün və Türkiyə bayrağının fotosu yerləşdirilib. Üstəlik saytlar açıldığı zaman “Mehtər Marşı” səslənir.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya hakerləri Türkiyənin bir neçə saytına hücum etmişdilər.