Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Türkiyənin ilk seysmik kəşfiyyat gəmisi araşdırmaya başladı

Mart 30
17:23 2015

Türkiyə öz istehsalı olan neft və qaz axtarışı üçün nəzərdə tutulmuş ilk TURKUAZ gəmisini suya buraxıb.

“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, 115 milyon dəyəri olan gəminin uzunluğu 86 metr, eni isə 23 metrdir. Gəmi müasir seysmik kəşfiyyat avadanlıqları, laboratoriya və helikopter meydançası ilə təchiz olunub. Gəminin suya buraxılması mərasimində Baş nazirin müavini Bülənt Arınç iştirak edib. O bildirib ki, neft və qaz yataqlarının kəşfiyyatı ilə yanaşı, gəmi, həmçinin iqlim dəyişikliyi sahəsində də araşdırmalarda istifadə olunacaq. Dörd ilə inşa olunan gəminin istismar müddəti 30 ildir.

Qeyd edək ki, Türkiyə Qara dənizin qərb sahillərində geoloji kəşfiyyat işlərinin aparılmasına başlamaq niyyətindədir. Bu məqsədlə Ankara 1 milyard dəyərində neft platforması da tikməyi planlaşdırır.

Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi. (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe, gecəni və gündüzü sizə ram etdi. O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)

“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031