Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Uçan avtomobilin qiyməti və satışı müəyyən oldu – FOTO

Mart 17
17:50 2015

Uçan avtomobil “AeroMobil” haqqında yeni məlumatlar açıqlanıb.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, “AeroMobil”-in icraçı direktoru Juray Vazulik Slovak dizayner Stefan Kleyn tərəfindən hazırlanan uçan avtomobili 2017-ci ildə bazara təqdim edəcəklərini açıqlayıb.

Avropada təşkil edilən bir elm sərgisində nümayiş olunan yeni model, həmçinin, Avstriyanın Vyana şəhərində təşkil edilən texnologiya sərgisi “Pioneers” festivalında da marağa səbəb olub. Gələcəyin avtomobili adlandırılan, həm havada, həm də quruda hərəkət edən avtomobil quruda 160, havada isə 200 km sürətlə irəliləyə bilir. Avtomobil dolu halda 875 km məsafə qət edə bilir.

Qeyd edək ki, avtomobilin dəyəri 200 min avrodur. İki nəfər üçün dizayn edilən avtomobilin ikinci prototipi “AeroMobil 3.0″ ötən ilin oktyabr ayında ilk uçuşunu uğurla başa vurub.

📷

araba_6285 aeromobil3 am_foto_08 am_foto_09 araba_6168

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.
Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930