Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Uçan” kamera Kəbənin görmədiyiniz görüntülərini təqdim edir – VİDEO

Oktyabr 10
18:11 2014

“Sələf Xəbər”-in Küveytin alanba.com.kw saytına istinadən xəbər verir ki, Kəbə məscidi ilə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məscidinin işçi heyətinin tikinti idarəsi tikinti işlərini və məscidin görünməsi mümkün olmayan böyük ətrafyanı sahələrini həm şəkil, həm də video ilə yüksək keyfiyyətlə çəkmək üçün “Phantom2 Vision+” növündən olan uçan kameranı təcrübədən keçirib.

Heyətin tikinti işləri üzrə müdiri mühəndis Sultan əl-Quraşi bildirib ki, bu təcrübə Kral Abdullahın iki böyük məscidin başçısı Şeyx d. Əbdürrəhman əs-Sudeysin müşayiəti ilə Kəbə məscidinin şimal sahələrinə və təvaf yerinin genişləndirilməsinə baxış keçirdiyi vaxt reallaşıb.

Mühəndis əlavə edib ki, bu uçan kamera wi-fi vasitəsi ilə ağıllı telefon cihazlarına bağlantı yaratmağa qadir olan ən yüksək texnologiya sayılır. Bu görüntülər işlərin gedişatını və böyük əraziləri birbaşa nəzarətdə saxlamaq imkanı yaradır.

Bu kamera ilə həmçinin zəvvarların və namaz qılmaq üçün məscidə gələnlərin təhlükəsizliyini təmin etmək üçün məscidətrafı sahələri də nəzarət etmək mümkündür.

🎬

Digər xəbərlər

ARXİV

İyul 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031