Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Universitet imtahanını hamı izləyə bilər

Dekabr 30
16:45 2014

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qış imtahan sessiyası internet üzərindən canlı yayımlanır.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, vebkameralar vasitəsilə imtahan prosesini canlı izləmək mümkündür. “Livestream” saytı (http://www.livestream.com/aseu_test_room?t=56983) üzərindən yayımlanan görüntülər hər bir internet istifadəçisi üçün açıqdır.

Təhsil naziri Mikayıl Cabbarovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə müvafiq əmrinə uyğun olaraq, ADİU-da keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub. Onlar imtahan prosesində müşahidəçi qismində iştirak edirlər.

İmtahan sessiyasında tələbə və valideynlərin, həmçinin, ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə əsas tədris binasında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin qaynar xəttinə (146-1-3) müraciət etmək mümkündür.

“Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

Yanvar 2025
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031