Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Uşağı özünüzdən asılı böyütməyin!

Fevral 12
18:10 2016

Psixoloqlar valideynlərinə bağlı böyüyən uşaqların öz həyatlarında sadəcə bir fiqur olduğunu deyərək xəbərdarlıq edir.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, doqquz ay ərzində bətnində daşıdığı körpəsi ilə doğuşdan sonra da daha yaxın ünsiyyətdə olmaq istəyən ananın südvermə prosesini bir az uzatması qarşılıqlı sevgi ehtiyacının başqa cür qarşılanmayacağına dair inancdan qaynaqlanır. Valideyn uşağına bir fərd olmağa kömək etməklə yanaşı, həm də bu yolda onun işini çətinləşdirə də bilər.

Çətin vəziyyətlərdən təkbaşına çıxmalıdır

Bizdən asılı uşaqlar yetişdirmək istəyiriksə, onların yerinə düşünüb qərar veririk. Təkbaşına edə biləcəkləri işləri biz edirik. Onların yerinə seçimlər edir, onlar üçün ən doğru olanı biz bilərik deyirik. Bu cür mühitdə böyüyən uşaq həyatı boyunca valideyninə bağlı, özgüvəni az və çətinliklər qarşısında asanlıqla təslim olan bir xarakterə sahib olur. Çətin vəziyyətlərdən çıxa bilmədiyi üçün birinin gəlib onu bu vəziyyətdən xilas etməsini gözləyir.

Uşaqları öz həyatlarında fiqur etməyin

Həyat bir oyundur. Hər birimizə fərqli rollar verilib. Uşaqlarımızın rolunu oğurlasaq, onlara oyunçu deyil, fiqur olduqlarını hiss etdirirək. Uşaqları öz ayaqları üzərində dura bilən bir fərd kimi yetişdirin.

Unutmayın, yoxluğu hiss edən insan kiməsə söykənməyi buraxaraq, öz addımlarını atmağı öyrənir.

Sələf Xəbər: Uca Allah buyurur: “Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır- kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir”. (Qurani-Kərim, “Şura” surəsi, 49,50-ci ayələr)
“Uca Allah Özünün hüdudsuz hakimiyyəti, istədiyi hər şeyi xəlq etməsi və göylərdə və yerdə bütün hadisələri idarə etməsi barədə xəbər verir. O (Pak və Müqəddəs), məxluqlarına uşaq doğmaq qabiliyyəti vermiş və onlara, kimi istəyirsə, bəxş edir. Allah-Təala bəzilərinə qızları əta edir, digərlərinə isə oğlan uşaqları bağışlayır. O (Pak və Müqəddəs), bəzi insanlara həm oğlan, həm də qız uşaqları əta edirsə, başqalarını qısır saxlayır. Bilən və Fövqəlqüdrətli adları Onun gözəl adlarındandır. Məxluqları üzərində Öz hakimiyyəti və Özünün hüdudsuz bilikləri sayəsində O (Pak və Müqəddəs), Kainatın işlərini ən mükəmməl surətdə idarə edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930