Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Uşağın məktəbdə uğur qazanmasını istəyirsinizsə, bunlara əməl edin

Oktyabr 03
20:02 2015

Yeni tədris ilinə başlamışıq. Bu yolda hər valideynin istədiyi şey uşağının məktəbdə, dərslərində bacarıqlı, müvəffəqiyyətli olmasıdır. Bu uğura gedən yolda gözdən yayınan, ya da heç düşünülməyən amillərin fərqinə varmaq və üzərində işləmək uşağınıza faydalı ola bilər.

“Sələf Xəbər” Milli.Az-a istinadən valideynlərə bu yolda edə biləcəklərini təqdim edir:

Müvəffəqiyyətin tərifini yaxşı dərk edin. Uşağın dərsdəki müvəffəqiyyəti qiymətlərlə, aldığı ulduzlar, “5+”, medallarla ölçülə bilən bir şey deyil. Bunlar sadəcə bir simvoldur. Bunun yanında uşağın xoşbəxt, məsuliyyətini dərk edən, özgüvənli, problem həll etmək bacarığının yüksək olması kimi kriteriyaları görməzdən gəlməyin.

Dərslərin məqsədinin fərqinə varın və etdirin: Bir-birindən fərqli dərslərin öyrədilməsinin elmi bir səbəbi vardır. Valideyn və müəllimlər uşağın öyrənmə macərasını ciddiyə almalı və əzbərdən uzaq, məntiq+tənqid formuluna söykənən, zəngin öyrənmə yollarına üstünlük verməlidirlər.

Uşağınızı tanıyın: Uşağınız neçə yaşında olur-olsun maraqlarını, qorxularını, sirlərini, dedi-qodularını, sizlər və özü barəsində düşüncələrini tənqid etmədən dinləyin. Aranızdakı bu bağ ona yaxın olmanıza yardım edəcək. Sizi sadəcə “dərsin yoxdur?”, – deyə soruşan valideyn olmaqdan qoruyar.

Uşağınızla vaxt keçirin: Gündə on beş dəqiqə də olsa, onunla vaxt keçirin. Sizinlə oturmaq, oynamaq, ya da sadəcə söhbət etmək istəyəndə dərsini etməyə göndərməyin. Əvvəlcə onunla ünsiyyət yaradın, sonra vaxtı gələndə onu dərsini həll etməyə yollayın.

Hobbilərinə laqeyd yanaşmayın: Araşdırmalar məktəbdən sonra incəsənət, ya da idman fəaliyyətinə davam edən şagirdlərin akademik göstəricilərinin daha yüksək olduğunu göstərir. Ancaq bizdə vaxt alır deyə hamısı tətilə kimi təxirə salınır. Yaxşı bir həftəlik plan qurun, ya da bir saatlıq beynini dincəldəcək nəsə etməsinə şərait yaradın.

Ev tapşırıqlarını siz etməyin: Əksər valideyn vaxt azlığı, iş çoxluğu, ya da uşaq çox yorulduğu üçün tapşırıqları özləri edir. Bu, problemi həll etmir, əksinə, daha da böyüdür. Uşağın disiplin qazanması üçün tapşırıqlarını özü etməsinə çalışın. Bunun üçün məktəbdən qayıtdıqdan sonra 1 saat dincəlsin. Sonra dərslərini etdirin, geridə qalan boş vaxtı sizinlə keçirmək və dincəlməsi üçün ayırın.

Bəzən uşaqlar müəllim çox tapşırıq verdiyi, ya da onları yoxlamadığı üçün tapşırıq etməyə həvəsi olmur. Belə olan halda müəllimlə iş birliyi şəklində çalışın.

Öhdəsinə məsuliyyət qoyun: Uşağın yaşına görə məsuliyyətlər verin. Pul ödəmək, otağı təmizləmək, süfrəyə yardım etmək kimi iş məsuliyyətləri erkən yaşda qazandırıldığında uşaq irəliləyən yaşlarda daha şüurlu və motivasiyalı olur.

Model olun: Əgər evdə televizor hey açıqdırsa, valideynlərin əlindən telefon və notebook heç düşmürsə, valideynlər heç kitab oxumursa, uşaq da bunu nümunə götürəcək. Sərgiləmədiyiniz bir şeyi uşağınızdan gözləmək yanlış ola bilər.

Psixoloji baxımdan həssas yaxınlaşın: Uşağınızı digər uşaqlarla müqayisə etməyin. Başqalarının yanında onunla bağlı mənfi fikirlər söyləməyin, valideyn münasibətinizə diqqət edin, evdə mübahisələrdən uzaq durun, mükəmməliyyətçi olmayın. Müsbət tərəflərini də ortaya çıxarın. Sevdiyinizi, qürur duyduğunuzu paylaşın.

Unutmayın ki, bir uşağın və fərdin həyatındakı ən mühüm sistem valideynlərindən öyrəndiyi ilklərdən formalaşır.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”. (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031