Uşağın pitonla dostluğu – FOTO
986 dəfə baxılıb
Balaca doğulduğundan bəri 5 metr uzunluğundakı ilanla birlikdə yaşayır.
Kambocada yaşayan Uorn Sambath adlı kiçik uşağın ən yaxşı yoldaşı nəhəng pitondur.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, Uorn doğulduğundan bəri 5 metr uzunluğundakı və 100 kilo ağırlığındakı ilanla birlikdə yaşayır.
Bir insanı rahatlıqla uda bilən ilan balaca uşaqla birlikdə yatır. Nəhəng ilan uşağın onunla oynamasından heç narahat olmur.
İllər sonra həmin uşaq yenidən kamera qarşısına çıxıb. Sambath artıq ilanla yaşamadığını deyib. Acanda 10 toyuq yeyən pitonu saxlamaq ailə üçün çətinləşib. Ailəsi gündəlik saxlanma xərcləri bahalı olan nəhəng pitonu zooparka vermək məcburiyyətində qalıb.
Uca Allah buyurur: “Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. (Allah) istədiyini yaradır. Allah hər şeyə qadirdir”. (Qurani-Kərim, “Maidə” surəsi, 17-ci ayə)
Sələf Xəbər: