Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Uşaqları boğaz iltihabından qorumağın yolları

Yanvar 13
16:38 2015

Ağzıaçıq yatmaq, xoruldamaq, burun tıxanması, üstü açıq yatmaq, tərləmə və ağız suyu uşaqlarda badamcıq vəzisinin iltihabına zəmin yaradır.

Əgər yüksək temperatura, halsızlıq, yorğunluq, qidalanma problemləri, ürək bulanması, qusma, qulaq ağrısı, qulaq infeksiyası və iltihablı burun axıntısı varsa, bunlar artıq badamcıq vəzisi iltihabının ilkin əlamətləridir.

“Sələf Xəbər” Tabloid.az-a istinadən qulaq, burun, boğaz həkimi Həsən Yılmazın badamcıq vəzisinin iltihabı ilə bağlı verdiyi maraqlı açıqlamalarını təqdim edir:

O, xüsusilə soyuq havanın təkan verdiyi bu hücumlardan qorunma yolları və müalicə üsulları haqqında məlumat verib.

Havasız və qapalı mühitlər badamcıq vəzinin iltihablanmasına təkan verir

Soyuq hava səbəbindən qapalı və havasız mühitlərdə uzun müddət vaxt keçirmək xəstəliklərə impuls göndərir və onların asan yayılmasını təmin edir. Məsələn, bağçaya gedən uşaq bu xəstəliyə yoluxubsa, bunun evdə hər kəsə yoluxması ehtimalı artır. Qış aylarında günəşin daha az çıxması və soyuq havanın təsirindən qapı-pəncərəni bağlı saxladığımız və istilik sistemləri çalışdığı üçün mikroblar daha tez çoxalır və asanlıqla yayılır. Xüsusilə, qış mövsümündə vüsət alan badamcıq vəzisi iltihablanmasına diqqət edilməlidir.

Badamcıq vəzisi iltihabından qorunmağın yolları

Uşaqları badamcıq vəzisi iltihabından qorumaq üçün immun sistemlərinin gücləndirilməsi lazımdır. Bunun üçün həkim aşağıdakı tövsiyələri verir:

Bol maye istehlakına əhəmiyyət verin. Qışda da uşağın çox su içməsini təmin edin.
Qidalanmasına diqqət edin. Portağal, naringi kimi mövsümi meyvələrini istehlak etməsini təmin edin. Yaşıl tərəvəzləri də mütləq qida rasionuna əlavə edin.

Xəstə insanlarla yaxın təmasda olmasına icazə verməyin. Xüsusilə, soyuqdəymə və qripli insanlardan uzaq dayanmalarını başa salın. Başqa insanlarla dəsmal, stəkan və s. bu kimi əşyaları ortaqlı istifadə etməsini qadağan edin.

Asqırarkən ağızı əllə deyil, salfetlə tutmasına diqqət göstərin.
Qapı dəstəyinin təmiz olmasına diqqət edin.
Otaqların havasını tez-tez dəyişin.
Kondisionerlərin filtrlərini təmizlədin.
Uşaqlarda qızdırma, halsızlıq, inciklik və qidalanma problemləri ilə yanaşı ürək bulanması, qusma, qulaq ağrısı müşayiət olunursa, mütləq mütəxəssisə müraciət edin.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930