Uşaqları onlardan uzaqlaşdıraq
891 dəfə baxılıb
Fəst-fud haqqında nə qədər yazılsa da, zərərlərindən bəhs edilsə də, onlar azalmır ki, azalmır. Tez qidalar hazırlayan restoranların sayı günü-gündən artmaqdadır.
Bəs, niyə belə olur? Həkimlərin xəbərdarlıqlarına baxmayaraq, hər gün daha çox insan tez hazırlanan qidalara üstünlük verir.
Məsələ burasındadır ki, müasir həyatın ritmi insanlara imkan vermir ki, normal qidalansınlar. Gənclər isə yemək hazırlamağa meyl etmirlər. Əziyyət çəkməkdənsə, yolustü fəst-fud almağı seçirlər: tez, ucuz və hər zaman əl altında.
Tez hazırlanan qidalar uşaqların orqanizmlərində ciddi problemlərə səbəb olur.
“Sələf Xəbər”-in Milli.Az-a istinadən məlumatına görə, bu fikir Ohayo Universitetinin araşdırmasının nəticəsində ortaya çıxıb. Tədqiqatçılar 10-14 yaş arası 20 min uşaq arasında araşdırma aparıblar. Onların 10%-i hər gün fəst-fud yeyib. Digərləri isə həftədə bir neçə dəfə belə qidalanıblar. Fəst-fuddan hər gün istifadə edən uşaqların zehinləri digərlərindən zəif olub.
Bir porsiya tez hazırlanan qidanın tərkibində insanın gün ərzində qəbul edə biləcəyi sutkalıq qida norması var. Amma heç kim bir porsiya ilə kifayətlənmir.
Elə insanlar var ki, fəst-fudla qidalanmanı tamamilə dayandırıblar. Onlar öz səhhətlərində ciddi problemlər aşkarladıqları üçün belə ediblər.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühüm nemət-sağlamlıq bə boş vaxtdır.” (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344).