Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsi təmin ediləcək

İyul 28
17:09 2014

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) xəbər verir ki, uşaqların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə təkliflər hazırlanacaq.

Bu tədbir prezident İlham Əliyevin (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda yer alıb.

Fəaliyyət Planında şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması, insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi; vəzifələrin “yalnız zəruri məlumatlara malik olma” prinsipinə əsaslanmaqla icra edilməsi öz əksini tapıb.

Təkliflərin hazırlanmasında Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Təhsil Nazirliyi iştirak edəcəklər.

 Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 126-cı ayə).

Bilmək lazımdır ki, İslam beş əsas şey: din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. (Bax “Fatava əş-şər’iə fi qadaə əl-’əsriya” 125).

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930