Uşaqların iştahsızlığı – psixoloji problemlərin əlamətidir
1. 115 dəfə baxılıb
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, Monreal universitetinin psixoloqlarının araşdırmalarına görə, uşaqların iştah və qida davranışının nasazlığı arxasında ciddi psixoloji problemlər gizlənə bilər.
Professor Milye və onun kolleqalarının tədqiqatında səkkiz yaşdan on iki yaşa qədər iştah və ya qida davranışıyla müxtəlif problemlər yaşayan 215 nəfər uşaq iştirak edib.
Psixolqların gəldiyi qənaətə görə, belə uşaqlar tez-tez psixoloji problemlərdən əziyyət çəkiblər, həyacan və narahatlığ hiss ediblər, həmçinin əhval-ruhiyyənin dəyişməsindən, diqqətin defisiti sindromundan və hiperaktivliydən əziyyət çəkiblər.
“Bizim tədqiqatımızın nəticələri göstərir ki, biz yoxlayan uşaqların 22,7 faizi psixoloji təziqdən əziyyət çəkdiyini, (məsələn istehzalar, sataşmaqlar) etiraf ediblər – məhz bunlar onların qida davranışına təsir edib” – deyərək Milye bildirib.
Sorğunun nəticələrinə görə, uşaqların 69,4 faizı çəki yığmaq qorxusu hiss etdiklərini, 46,6 faizı isə özlərini kök hesab etdiklərini etiraf ediblər.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq bə boş vaxtdır.” (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)