Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Uşaqlarla yaxşı ünsiyyət qurmağın yolları

Aprel 29
18:21 2015

Uşaq İnkişafı mütəxəssisi Ayşenur Bekaroğlu, uşaqlar ilə yaxşı ünsiyyət qurmağın və yaxşı bir dinləyici olmağın yolları haqqında məlumat verib.

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən məlumat verir ki, yaxşı bir dinləyici olmağın vacibliyini bildirən Ayşenur Bekaroğlu, dinləmə bacarığını uşaqlar qədər, valideynlərin də öyrənməsinin önəmliliyini açıqlayıb.

Mütəxəssis deyib: “Uşaqlarınızla danışarkən uşağınızın sizi dinləmə bacarığını artırdığınız kimi, azalda da bilərsiniz. Bu məsələləri idarə etmək şəxsiyyətə və həyata istiqamət verən kilid mərhələlərdəndir. Özünüzdən asılı olmadan övladlarınıza sizi dinləməməsi üçün şərait yaradırsınız”.

Uşaqlara verilən hər hansı işin bir seçim kimi təqdim ediləcəyini ifadə edən Bekaroğlu “məsələn, axşam yeməyini yeyəcəksənmi? Ayaqqabılarını yığışdır, olarmı? Böyüklər üçün bu cümlələrin elə də bir seçim ifadə etmədiyini fərq etmək olar. Amma uşaqlar bu sualları, həqiqətən, bir seçim kimi görürlər. Uşaqların yerinə yetirmələrini istədiyiniz şeyləri birbaşa deməyə çalışın. Bu ona qışqırın və ya incə olmayın anlamına gəlmir. Hətta aparılan tədqiqatlar uşaqların yumşaq bir səs tonu və müsbət ifadələr ehtiva edən sərəncamlara daha yaxşı uyğunlaşdıqlarını müəyyənləşdirib”, – deyərək bildirib.

“Uşağınıza dediyiniz şey onun zehində dediyinizin əksi halında canlanırsa, o zaman istədiyiniz nəticəni ifadə etməmiş olarsınız. Məsələn, stuldan sallanma dedikdə uşağınızın zehnində stulda sallanma rəsmi canlanacaqdır. Bunun əvəzinə stulda otur, ayaqlarını yerə bas, arxanı stula söykə və gözlərinlə də danışan adama bax . Bu şəkildə özünüzü ifadə etdikdə zehniqavrama tamamilə fərqli olacaqdır. Nə görmək və ya eşitmək istəmədiyimizi deyil, nə etməsini istədiyimizi söyləyərək yanaşmaq iki tərəf üçün daha dəqiq yanaşma metodu olacaq. Eyni anda həm etməsini istəmədiyimizi bildirmək, həm də tamamilə nə etməsinə yönləndirmək uşaqda qarmaqarışıqlığa səbəb olar”- deyə Ayşenur Bekaroğlu aydınlaşdırıb.

Göz kontaktının ünsiyyətin, dəyər verməyin və təsirli dinləməyin ən əhəmiyyətli parçası olduğunu vurğulayan mütəxəssis bildirib ki, övladınızla danışarkən onun səviyyəsinə enmədikdə, söylədiklərinizi başa düşmə ehtimalı daha aşağı olacaqdır: “Bu səbəblə ünsiyyət qurarkən onun səviyyəsinə enin, gözlərinin içinə baxın, nəvaziş göstərin. Uşaqlarınızın sizi dinləməsini istəyirsinizsə, əvvəl özünüzün onlara əhəmiyyət verdiyinizi göstərməniz lazımdır. Uşağınızın duyğularını hiss edin və onlara dəyər verin. Düşünən, səhvlərini görən, səhvlərindən dərs çıxaran və bu yolda həll axtaran fərdlər yetişdirmək üçün valideynlər bir qədər səy göstərməlidirlər. Və bu zaman onların köməyinə ibrətamiz nağıl və hekayələr gələ bilər. Oradakı qiymətli anları təsirli istifadə etmək çox yerində bir yanaşma olacaq”.

Uşaqlara sərhəd qoymağın sərt və qəddar olmaq anlamına gəlmədiyini qeyd edən Bekaroğlu, belə qeyd edib: “Əməllərimiz əskik olanda sözlərimizin də mənaları azalır. Uşağınıza bir sərhəd qoyarsınız, məsələn, evin içində topla oynamaq olmaz kimi, lakin daha sonra bu oyunu təkrarladıqda əgər görməzdən gələrsəniz, valideyn olaraq uşağınız sizi yox saymağa başlaya bilər. Ən başdan bir qayda müəyyən etdikdə tətbiq etdiyinizə əmin olun. Uşağınıza masaya çıxmaq olmaz dedikdə mütləq hər masaya çıxanda onu aşağı endirin. “Olar” və “olmaz”larınızı, “bəli” və “xeyr”lərinizi dəqiqləşdirin və qoruyun”.

Nəzakətli bir şəkildə də sərhədlərinizi qoruya bilərsiniz deyən Uşaq İnkişafı mütəxəssisi Ayşenur Bekaroğlu sözlərini belə bitirib: “ Adamın nizam-intizamlı olması, özünü və hərəkətlərini tənzimləməsi çox qiymətlidir. İntizam qazanılan bir bacarıqdır. Sərhədləri bilmək vacibdir. Məsuliyyətlərini bilən, güclü fərdlər üçün intizam nailiyyəti əhəmiyyətlidir. Ona görə də uşağın davranışlarındakı intizama laqeydlik etməyin. Bilgi paylaşdıqca çoxalır, anlanır. Necə rəftar edəcəyinizi bilmədiyiniz vəziyyətlərdə ekspert dəstəyi alın. Valideyn olmaq öyrənilən bir bacarıqdır”.

Sələf Xəbər: “Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır- kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir”. (Qurani-Kərim, “Şura” surəsi, 49,50-ci ayələr)

“Uca Allah Özünün hüdudsuz hakimiyyəti, istədiyi hər şeyi xəlq etməsi və göylərdə və yerdə bütün hadisələri idarə etməsi barədə xəbər verir. O (Pak və Müqəddəs), məxluqlarına uşaq dünyaya gətirmək qabiliyyəti vermiş və onlara, kimi istəyirsə, bəxş edir. Allah-Təala bəzilərinə qızları əta edir, digərlərinə isə oğlan uşaqları bağışlayır. O (Pak və Müqəddəs), bəzi insanlara həm oğlan, həm də qız uşaqları əta edirsə, başqalarını qısır saxlayır. Məxluqları üzərində Öz hakimiyyəti və Özünün hüdudsuz bilikləri sayəsində O (Pak və Müqəddəs), Kainatın işlərini ən mükəmməl surətdə idarə edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

May 2024
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031