Üzüm tumu xərçəng xəstəliyində təsirli vasitədir
1. 036 dəfə baxılıb
“Sələf Xəbər” Bakupost-a istinadən xəbər verir ki, mövsümün ən gözəl meyvələrindən olan üzüm insan sağlamlığının qorunmasında müsbət təsir gücünə malikdir.
Almaniya Sağlamlıq Mərkəzinin internet portalında dərc olunmuş elmi məqalədə qara üzüm tumunun və qabığının faydasından söz açılır. Üzüm tumunda və qabığında nadir meyvə-tərəvəz növlərində rast gəlinən orqanizm üçün faydalı və müsbət təsir gücünə malik resveratrol, kversetin və flavonoids kimi maddələr var.
Üzüm tumu immunitet sistemini gücləndirməklə yanaşı, həm də xərçəng xəstəliyinə qarşı qoruyucu rola malikdir. Üzüm tumu qan damarlarını qoruyur, damar xəstəliyinin qarşısını alır və müalicə edir. Bundan əlavə, infarkt xəstəliyi riskini azaldır, pis xolesterolu azaldıb yaxşı xolesterolu yüksəldir, şəkərdən əziyyət çəkən xəstələrə müsbət təsir edir. Üzüm tumu və qabığı eyni zamanda kapillyar damarları gücləndirərək yüksək təzyiq zamanı yaxşı kömək edir, göz damarlarını qüvvətləndirir, qan dövranını yaxşılaşdırır.
Elmi tədqiqatların nəticələri deməyə əsas verir ki, üzüm tumu gözün şəffaf təbəqəsini qorumaqla yanaşı, yaşla birlikdə artan görmə zəifliyinə mane olur, qan və limfa dövranını nizamlayır, dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasını qarşısını alır. Bundan əlavə, allergiya problemlərinin həllində əhəmiyyətli olan üzüm tumu diş əti qanamalarında müalicəvi əhəmiyyətə malikdir.
Məqalədə almaniyalı alimlər onu da qeyd edirlər ki, üzüm tumu C vitamininin təsirini artırır, saç hüceyrələrini inkişaf etdirir, qan yaradır, qan azlığının qarşısını alır və qanı təmizləyir. Böyrək və bağırsaqların təmizlənməsində, həmçinin revmatizm xəstəliyində olduqca əhəmiyyətlidir.
“Sizə verilən nemətlərin hamısı Allahdandır”
Müqəddəs Quran, “Nəhl” surəsi, 53-cü ayə