Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Üzün tanınması texnologiyası sınaqdan keçirilir

İyul 19
15:48 2014

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “SecurityLab”a istinadən xəbər verir ki, Böyük Britaniyanın hüquq-mühafizə orqanları cinayətkarların aşkarlanması və saxlanılması üçün üzün tanınması texnologiyasını sınaqdan keçirir. Bu barədə Lesterşir qraflığı polisinin saytındakı məlumatda deyilir.

“Biz Böyük Britaniyanın bu sistemi sınaqdan keçirən ilk polis idarəsi olmağımızla fəxr edirik. İlkin nəticələr ürəkaçandır və biz səbirsizliklə altı ay ərzində nəticələrin necə yekunlaşacağını gözləyirik”, – idarənin baş inspektoru Kris Kokerill deyib.

Polislər tərəfindən sınaqdan keçirilən “NeoFace” proqram təminatı müşahidə kameralarından alınan rəqəmli təsvirləri və ya idarədə şübhəli şəxslərin çəkilmiş şəkillərini Lesterşir şəhər polisinin məlumat bazasındakı fotoşəkilləri ilə müqayisə edir. Sınaqlar artıq bir neçə aydır davam edir və bu müddət ərzində iki yüzə yaxın şübhəli şəxsin sistemdə yüksək dəqiqliklə eyniləşdirilməsi təmin olunub.

“NeoFace” üzün onlara cizgisini tutuşdurur və nəticələri bir neçə saniyəyə təqdim edir. Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının istifadə etdikləri kompüterləşdirilmiş sistem əllə mümkün maneəni axtarmağa imkan verir ki, buna da adətən bir neçə saat lazım olur.

Qeyd olunur ki, “NeoFace” vasitəsilə əldə olunan nəticələrin məhkəmədə sübut kimi istifadə olunmamağına baxmayaraq sistem polislərin işinin effektivliyini xeyli artıracaq.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930