Valideynlərin həbsi uşağa onların ölümündən daha pis təsir edir
879 dəfə baxılıb
“Sələf Xəbər”-in www.dw.de saytına istinadən yazdığına görə, son araşdırmalar göstərir ki, uşağa mənfi təsir edən təkcə valideynlərin boşanaraq ayrılması deyildir.
Valideynlərdən birinin həbs edilməsi də eyni təsiri verməkdədir. Yeni araşdırmalar sübut edib ki, valideynlərdən birinin həbsxanaya salınması uşağda nəfsi və tərbiyəvi fəsadların əmələ gəlməsinə səbəb olur. “Alman uşaq və yeniyetmə həkimləri birliyi” Amerika alimlərinin bu mövzuda apardığı yeni araşdırmalarına əsasən yazır ki, valideynlərin birinin həbsi uşağa onların boşanmasından və ya birinin vəfat etməsindən daha pis təsir edir.
Professor Kristin Torni və onun həmkarları bu araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, ata-anadan birinin həbsdə olması uşaqda tərbiyəvi pozuntu, diqqətsizlik, artıq hərəkət, qavrama və öyrənmə pozuntusu, çətin danışma və gec inkişaf etmə kimi problemlər yaradaraq onun sağlamlığına ciddi ziyan vurur.
Araşdırmanın nəticələri bu ilin avqustunda “Amerika sosioloji cəmiyyətinin” illik 109-cu toplantısında təqdim edilmişdi. Bəzi valideynlərin, xüsusən də sosial qayğı səviyyəsinin aşağı olduğu ölkələrdə həbsi hallarının artması bu araşdırmaya səbəb olmuşdur.