Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Vebkameralar təhlükə mənbəyidir

Noyabr 25
13:30 2014

“Sələf Xəbər” www.independent.co.uk saytına istinadən xəbər verir ki, Avropada polislər tərəfindən hakerlərə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.

İnternet istifadəçilərini pusmaq məqsədilə onların dizüstü kompyuterlərinə daxil olmaqda təqsirli bilinən hakerlər, Britaniyada yüzlərlə evdə kompyuter sahiblərinin öz xəbəri olmadan şəxsi həyatlarının yayınlandığı meydana çıxdıqdan bir gün sonra həbs edilib.

Polislər bildirir ki, həbs edilmiş şəxslərdən 4-ü Birləşmiş Krallıqda yaşayır və onlar “Rattinq” adlı xüsusi proqramların köməyi ilə kompyuterləri uzaq məsafədən idarə ediblər. Kompyuterin sisteminə daxil olduqdan sonra, hakerlər onları cinayət fəaliyyətlərində istifadə, kameralar vasitəsilə istifadəçiləri izləyə və şəxsi şəkillərini əldə edərək onları şantaj edə bilərlər.

Kompyuterlərin təhlükəsizlik sistemini yeniləndirməklə və şübhəli linklərə (keçidlərə) basmamaqla hakerlərə uğur qazanmağa mane olmaq olar. Lidsdə 2 kişi və 1 qadın, Kentdə 1 kişi və Darlinqtonda 1 kişi həbs edilib. Liverpulda yaşayan bir nəfər isə könüllü şəkildə istintaqa cəlb edilib. Polis, həmçinin, Estoniya, Fransa, Rumıniya, Latviya, İtaliya və Norveçdən 11 hakeri şübhəli şəxs qismində həbs edib.

Həbs edilmiş bütün şəxslər kompyuterlərə uzaq məsafədən daxil olmaq, onları idarə etmək və şəxsi məlumatları oğurlamaq üçün nəzərdə tutulmuş proqramlardan istifadə etməkdə şübhəli bilinir. Birləşmiş Krallıqda əməliyyatlar Milli Cinayət Agentliyi tərəfindən həyata keçirilib.

RAT kimi tanınan uzaq məsafədən idarəetmə Troyanları, hakerlərə kompyuteri uzaq məsafədən idarə etməyə imkan verir. Onlar bu proqramdan şəxsi məlumatları əldə etmək və ya kompyuterlərin hesablama sisteminə hücum etmək kimi cinayətlərdə və ya qurbanları kompyuterlərin daxili vebkameraları vasitəsilə izləmək üçün istifadə edirlər.

Milli Cinayət Agentliyinin Milli Kibercinayətlər Bölməsinin direktor müavini Endi Arçibald “Uzaq məsafədən idarəetmə Troyanlarının qeyri-qanuni istifadəsi, beynəlxalq və yerli səviyyədə bu cür güclü, koordinə edilmiş reaksiya tələb edən mühim kiber cinayətdir”-deyib.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930