Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

ABŞ-da vətəndaşların smartfonları aeroplanlarla izlənilir

Noyabr 26
10:35 2014

“Sələf Xəbər” www.independent.co.uk saytına istinadən xəbər verir ki, Amerika hüquq-mühafizə orqanları ABŞ-da milyonlarla smartfonlardan məlumat toplamaq üçün hərbi izləmə texnologiyaları ilə təchiz olunmuş casus təyyarələrindən istifadə edir.

“Voll Strit” jurnalının həyata keçirdiyi araşdırmanın hesabatında iddia edilir ki, “zibil qutuları” adlanan cihazlarla təchiz edilmiş “Cessna” aeroplanları mobil telefon qüllələrini imitasiya edərək ABŞ Federal Marşallar xidmətinə cinayətkarları izləməyə kömək edir, lakin eyni zamanda günahsız vətəndaşların da məlumatları qeydə alınır.

2007-ci ildə start verilmiş layihə ABŞ-ın 5 ştatına məxsus hava limanında fəaliyyət göstərir. “Voll Strit” jurnalı “proqram haqqında məlumatı olan mənbələrdən” sitat gətirərək bildirir ki, təyarələr bu hava limanları arasında ABŞ sakinlərinin əksəriyyətini əhatə edən uçuş diapazonuna malikdir. Baxmayaraq ki, istifadə edilən texnologiya skat kimi tanınan metodologiyaya bənzəyir, ABŞ Ədliyyə Nazirliyi proqramın mövcudluğunu təsdiq və ya təkzib etməyib.

Həm skat cihazları və həm də “zibil qutuları” hər bir cihazın unikal şifrəsi olan Beynəlxalq Mobil Abunəçi Tanıma (IMSI) şifrəsini toplamaq üçün əldə olan komponentlərdən istifadə edir. Bu şifrələrdən şəxslərin mobil telefonu vasitəsilə onların hərəkətlərini izləmək üçün istifadə oluna bilər. Lakin cihazlar heç bir fərq qoymadan ümumi ərazidən məlumat toplayır.

FTB, Narkotiklərlə Mübarizə Agentliyi, Kəşfiyyat Xidməti, Milli Ordu, Hərbi-Dəniz Donanması və Federal Marşallar xidməti da daxil olmaqla, ABŞ-ın bir sıra müxtəlif agentliklərinin skatlardan istifadə etdiyi məlumdur və təhlükəsizlik üzrə mütəxəssislər bu bacarıqların qloballaşdığını və demokratlaşdığını bildirir.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930