Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Video oyunların potensial təhlükəsi

Aprel 10
17:38 2015

“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, video oyun həvəskarları üçün bir şad, bir də bəd xəbərimiz var:

Bu yaxınlarda həyata keçirilmiş araşdırma nəticəsində oyunların vizual və konqitiv bacarıqlara müsbət təsir göstərdiyi, lakin video oyunlarının, həmçinin davranış problemləri ilə əlaqələndirildiyi məlum olub. Həyata keçirilmiş iki araşdırmadan birində, Braun Universiteti araşdırmaçıları oyun oynamağın vizual və qavrama bacarıqlarını inkişaf etdirdiyi bildirilib.

“PloS One” elmi jurnalında nəşr edilmiş araşdırmada qeyd edilib ki, oyun həvəskarlarının tez-tez xeyli vizual məşqlər etmələri səbəbilə illər sonra beyindəki konsolidasiya mexanizmləri, xüsusilə, vizual bacarıqlar inkişaf edə bilər: “Faydalı aspektlərinə baxmayaraq, bir çox insanlar hələ də video oyunların vaxt israfına səbəb olan fəaliyyət olduğunu hesab edir”. Aparıcı müəllif Aaoron Berard bildirib: “Əgər biz video oyunların bəzi koqnitiv funksiyaları inkişaf etdirməsini nümayiş etdirə bilsək, bir cəmiyyət kimi yeni texnologiyaları və mətbuatı müsbət şəkildə həyatımıza tətbiq edə bilərik”.

Araşdırmaçıların sözlərinə əsasən, araşdırma video oyunlar oynamağın öyrənmə bacarığını inkişaf etdirməsini və ya oyunların fitri istedada malik insanların daha da çox inkişafına səbəb olduğu üçün onların oyunçuya çevrildiyini sübut etmir.
Oksford Universitetinin həyata keçirdiyi digər bir araşdırmada video oyunların uşaqlar üçün zərəri məsələsinə daha geniş prizmadan baxılıb. Araşdırmaçılar belə qərara gəlib ki, 3 saatdan çox video oyunlar oynayan uşaqlar daha hiperaktiv, davalara meylli olur və məktəbə maraq göstərmir. Lakin Oksford komandasının qənaətinə görə, problemlər oyunların növü ilə yox, oyunlara sərf edilən vaxtla əlaqələndirilir və şiddətli oyunların real həyatda aqressiya və ya uşağın akademik performansı ilə əlaqəsi üzə çıxarılmamışdır.

Onlar, həmçinin üzə çıxarıb ki, gündə bir saatdan az faydalı oyun oynamaq uşaqların davranışına müsbət təsir göstərə bilər. “Psychology of Popular Media Culture” jurnalında nəşr edilmiş araşdırmanı həyata keçirən alimlərdən biri Ellison Mişkin bildirib: “Bu nəticələr onu vurğulayır ki, video oyunlar rəqəmsal dövrdə uşaqların məşğul olduğu başqa bir oyun üslubudur və mühüm meyar kimi, oyun vasitəsinin yox, oyunun özünün faydaları ola bilər”.

Sələf Xəbər: İbn Qayyim (Allah ona rəhmət etsin) deyib: “Vaxtı israf etmək ölümdən daha betərdi. Çünki vaxtı israf etmək, insanı Allahdan və Axirət diyarından ayırır. Ölüm isə, insanı dünyadan və onun əhlindən ayırır”. (“əl-Fəuəid” kitabı)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031