“Vikipediya”da insanların biliyinin yalnız 5%-i əhatə olunur
Noyabr 03
17:22
2015
774 dəfə baxılıb
Ensiklopediyada ingilis dilində olan məqalələrin sayı 5 milyonu keçib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, “Vikipediya” internet-ensiklopediyasında ingilis dilində olan məqalələrin sayı 5 milyonu keçib, lakin onlar hamısı bütün insanların biliyinin yalnız 5%-ni əhatə edir.
Bu səviyyəyə çatmaq üçün (5 milyon məqalə) “Vikipediya”ya 14 il vaxt lazım olub.
Həmçinin ensiklopediyada 3 milyard söz, 18 milyon istinad və 30 terabayt məlumat var.
Ensiklopediyanı tam oxumaq üçün 19 il vaxt lazımdır (dəqiqədə 300 söz).
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)