Virtual həcc
1. 353 dəfə baxılıb
İslam-today HuffingtonPost-a istinadən virtual həcc imkanından yazır.
Bildiyiniz kimi, həcc müsəlmanın Allah qarşısında beş əsas vəzifəsindən biridir. Hər bir müsəlman Müqəddəs Məkkəni həyatında ən az bir dəfə ziyarət etməlidir.
Ən son texnologiyaların məhsulu olan “Məkkə 3D” əlavəsi hər bir müsəlmana bu ziyarəti virtual şəkildə etmək imkanı verir. Dünyanın istənilən nöqtəsində olan müsəlmanlar istənilən vaxtda virtual şəkildə həcc ayinin qaydalarını öyrənə bilər.
Əlavənin müəllifi Bilal Çbib günümüzdə maarifləndirmədə texnologiyaların böyük rolunu qeyd edir: “Mən ümid edirəm ki, bu əlavə həm müsəlmanların, həm də qeyri-müsəlmanların İslamda Müqəddəs sayılan ziyarətgahı tanımağa imkan verəcək”.
Bilalın fikrincə, öncül texnologiyalar uşaqların tədrisi üsulu kimi istifadə olunmalıdır. Bu əlavə isə hər kəsə İslamı, müsəlmanları və müqəddəs Məkkəni tanımaq imkanı olacaqdır.
“Məşhur alimlərin həcc qaydalarını izah edən kitabları var, lakin Kəbəni təvaf etməyi, Ərafa dağında durmağı və həccin digər mərhələlərini keçməyi öz gözlərinlə görmək – başqa şeydir. Biz 21-ci əsrdə yaşayırıq, və dünya barmaqlarımızın altında olduğu bir vaxtda, bu imkanları İslamı öyrənmək üçün istifadə etməmək səhv olardı”, – o, əlavə edib.
Məlumdur ki, qeyri-müsəlmanların Müqəddəs Məscidə girməsi qadağandır, bu cəhətdən, əlavə onlara ziyarətgahı tanımağa unikal imkan verir.
İngilis dilində unikal əlavə Android və iOs bazasında olan qadjetlər üçün uyğundur.
“Məkkə 3D – İslama unikal səyahət. 3D-İslam dünyasına– biliklərin virtual dünyasına daxil ol və əsl ibadətin əsaslarını yaşa”, – deyə əlavə öz istifadəçilərini salamlayır.
“Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.”(Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayələr)