Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Volvo avtomobilləri Audi, BMW və Mercedes-i geridə qoyub

Sentyabr 29
13:33 2014

“Sələf Xəbər” touch.auto.mail.ru saytına istinadən Almaniyanın ADAC avtomobil klubunun dərc etdiyi avtomobil alıcılarının “barometrini” təqdim edir. “Barometr” sürücülərin öz nəqliyyat vasitələrindən məmnunluqlarını əks etdirir.

Bu il dərc edilmiş nəticələr həqiqi sensasiyaya səbəb olub. Belə ki, birinci yerdə heç də alman markası yer almayıb! ADAC-ın reytinqində Volvo avtomobilləri qalib gəlib.

İsveç avtomobil istehsalçısına məxsus avtomobillər dərhal 7 pillə irəliləyərək 100 mümkün baldan 79, 5 bal toplayıblar. İkinci yerdə Audi (78, 4 bal), üçüncü yerdə isə BMW (78, 2 bal) qərarlaşıb. Qeyd etmək lazımdır ki, ötən il ADAC-ın reytinqinə məhz bavariyalılar liderlik ediblər. Toyota və Honda dördüncü yeri paylaşıblar, Mercedes-Benz yeddinci yerdə, Avropada ən çox satılan avtomobil markası olan Volkswagen isə 10-cu yerdə qərar tutub.

Siyahıda axırıncı yerləri 70-dən az bal toplamış Citroen, Renault, Fiat və Chevrolet markaları tutub. Bununla bərabər, Renault şirkətinə məxsus olan və büdcəli avtomobillər istehsal edən Dacia markası kifayət qədər layiqli yer tutub. Belə görünür ki, Dacia markasına məxsus avtomobillərin sahibləri aldıqları avtomobilin keyfiyyətinə bələddirlər və məyus olmurlar.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930