Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Votsap” istifadəçilərinin sayı 1 milyardı keçib

Fevral 02
18:25 2016

“Sələf Xəbər” Day.Az-a istinadən xəbər verir ki, bunu “Feysbuk” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib.

O, bu münasibətlə özünün sosial şəbəkəsindəki səhifəsində “Votsap” messencerinin yaradıcıları Yan Kum və Brayan Ektonu təbrik edib.

Onun sözlərinə görə, “Votsap”ın “Feysbuk” strukturuna daxil edilməsindən sonra messencerə abunəçilərin sayı ikiqat artıb.

“Dünyada cəmi bir neçə xidmət mövcuddur ki, 1 milyarddan çox insanı birləşdirir. Bu mərhələ bütün dünyanın birləşməsinə doğru mühüm addımdır”, – deyə M.Zukerberq vurğulayıb.

Qeyd edək ki, “Feysbuk” sosial şəbəkəsi “Votsap”-ı 2014-cü ildə 19 milyard dollara alıb.

Digər xəbərlər

ARXİV

Aprel 2025
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
282930