Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Votsap”da virus təhlükəsi

Aprel 20
18:30 2016

“Votsap” sosial şəbəkəsində yeni virus təhlükəsi ortaya çıxıb.

“Sələf Xəbər”in Milli.az-a istinadən xəbərinə görə, proqramda yeni “trojan” viruslu spam yayılıb. Viruslu mesaj açılanda telefondakı bütün məlumatlar köçürülür. Bu mesajları gördükdə oxumadan silmək lazımdır.

Virus hər yolla – səsli mesaj, söhbət, ödəmə, foto və ya video yoluyla sizə gələ bilər. Tanımadığınız adamlardan mesaj gələndə, həmin şəxsi əngəlləmək və mesajı silmək gərəklidir.

“Votsap”dan gələn “zip” faylları şəxsi kompyuterdə açmısınızsa, antivirusla həmin faylları bir də yoxlamaq və şifrələri dəyişmək məsləhətdir.

Qeyd edək ki, dost və ya tanışlardan gələn fayl və linklərdə də diqqətli olmaq lazımdır. Çünki həmin şəxsin hesabı “troyan” tərəfindən ələ keçirilə bilər.

Digər xəbərlər

ARXİV

Sentyabr 2025
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930