“Votsap”da yaşanan problemin səbəbi
Yanvar 01
19:29
2016
730 dəfə baxılıb
Ötən gün “Votsap” proqramında problem yaşanıb.
“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, problem avropa ölkələri, ümumilikdə bütün dünyada yaşanıb.
Şirkətin rəsmi saytında, “Tvitter” və Feysbuk” səhifələrində heç bir məlumat verilməyib.
“Reuters” agentliyinə danışan “Votsap” sözçüsü problemin yaşandığı ilə bağlı iddiaları qəbul edib və proqramın servisində gedən işlərlə əlaqəli olduğunu bildirib.
Sözçü “Bu gün bir çox insanlar mesaj göndərmək və qəbul etməkdə problem yaşayıb. Bununla əlaqədar olaraq servisdə yeniləmə işlərinə başladıq, problemin aradan qaldırılmasına çalışırıq”, – deyə qeyd edib.
Qeyd edək ki, problem artıq aradan qaldırılıb.