Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Votsap”dan daha bir yenilik gəlir

Dekabr 23
19:33 2015

İndi görüntülü danışmaq da mümkün olacaq.

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan “Votsap” daha bir yeniliyə imza atmağa hazırlaşır.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə alman saytı olan “Macerkopf” məlumat yayıb.

Səsli danışıqdan sonra ani mesajlaşma sistemi olan “Votsap” istifadəçiləri görüntülü danışa biləcəklər.

2014-cü ildə 22 milyard dollara “Feysbuk”un satın aldığı “Votsap” bir-birinin ardınca yeniliklər etməkdən çəkinmir. Sahibi dəyişdikdən sonra bu sistemə bir çox yeniliklər gətirilib. Ən əsası isə mesajların oxunduğunu göstərən qoşa mavi xətt, dizayn dəyişikliyi, səsli danışıq və sairədir.

Görüntülü danışıq funksiyası ilk olaraq “Votsap” 2.12.16.2 versiyalarında istifadəyə veriləcək.

Səsli danışıq “Votsap”a xas bir yenilik deyil. Eyni funksiya bir müddət öncə “Feysbuk mesencer” tərəfindən də işə salınmışdı.
“Votsap” bu yeniliyini bu ilin aprel ayından işə salıb. Funksiya problemli olsa da fəaliyyət göstərir.
Görüntülü danışığın sınaq versiyasının fotoları da yayılıb.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930