Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

WhatsApp-da daha 2 yenilik

İyul 10
18:19 2015

Sosial mediada məşhur olan Facebook-un 2 xüsusiyyəti Whatsapp-a gəlir.

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına əsasən, WhatsApp-ın növbəti istifadəyə veriləcək iki yeni xüsusiyyəti “Bəyəndim” və “Oxunmadı olaraq işarələ” olacaq.

Xatırladaq ki, 800 milyondan çox istifadəçisi olan və dünyanın ən aktiv mesajlaşma sistemi ötən il Facebook tərəfindən satın alınıb. Bundan sonra bu sistemdə böyük dəyişikliklər edilməyə başlanılıb.

Belə ki, Facebook-a əlavə ediləndən sonra bu xidmətdə zəng etmək, mesajların oxunub-oxunmadığını müəyyən etmək mümkün olub. Oxunan mesajlar qoşa mavi xətlə göstərilir.

“Bəyəndim” xidməti sayəsində istifadəçilər xoşlarına gələn mesajları asanlıqla bəyənə biləcəklər. Məsələn qrupda bir nəfər fotoşəkil paylaşdıqda “bəyəndim” işarəsi verməklə məcburən şərh etməkdən canını qurtara biləcəklər.

Gələk “Oxunmadı olaraq işarələ” xüsusiyyətinə. Artıq “Oxunmadı olaraq işarələ” xüsusiyyəti sayəsndə oxunmuş mesajları oxunmamış kimi göstərmək mümkün olacaq.

WhatsApp –a əlavə olunacaq hər iki xüsusiyyətin test mərhələsini keçdikdən sonra istifadəyə veriləcəyi gözlənilir.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930