Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

WhatsApp ilə VİDEOZƏNG-lər də edə biləcəksiniz!

Oktyabr 25
16:19 2016

“WhatsApp” uzun müddətdir gözlənilən videozəng dəstəyini işə salıb. Tətbiqin “Android” platformasındakı beta versiyası ilə artıq videogörüşmələri edə bilərsiniz.

Selefxeber.az technote.az-a istinadən xəbər verir ki, “Android” üçün “WhatsApp” tətbiqinin beta versiyasına uzun müddətdir gözlənilən videozəng xüsusiyyəti, nəhayət ki gəldi.

“WhatsApp” üzərindən eyni ilə “Skype”, “Facetime”da olduğu kimi, videokonfrans edə bilməyinizə şərait yaradan yeni xüsusiyyətlə artıq internet üzərindən videozənglər edə biləcəksiniz.

Əgər videozənglə əlaqə saxlamaq istədiyiniz şəxsdə “WhatsApp”ın ən son versiyası yüklü deyilsə, həmin şəxsə yenilənmə etməsi barədə bildiriş gedir.

“WhatsApp” video dəstəyi hansı versiyadadır?

Tətbiqin 2.16.318 versiyası ilə birlikdə istifadəyə verilən videozəng xüsusiyyəti hazırda olduqca qərarlı bir şəkildə işləyir. Bir milyarddan artıq istifadəçisi olan “WhatsApp” bu yeni funksiya ilə “Google”un Duo kimi digər mesajlaşma tətbiqlərinə rəqib olur.

Son vaxtlarda yenilənmələr ilə fasiləsiz olaraq inkişaf etməyə cəhd edən “WhatsApp” keçdiyimiz günlərdə “Snapchat” oxşarı xüsusiyyətləri də istifadəçilərinə təqdim etmişdi.

Əgər “WhatsApp” videozəng xüsusiyyətini indi yoxlamaq istəyirsinizsə, bu linkdən beta versiyanı yükləyərək elə indi istifadə etməyə başlaya bilərsiniz.

Əgər WhatsApp video zəng xüsusiyyətini indi yoxlamaq istəyirsinizsə, bu linkdən beta versiyanı yükləyərək elə indi istifadə etməyə başlaya bilərsiniz.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930