Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“WhatsApp”-ın bağlanması vəziyyətdən çıxış yolu deyil”

Aprel 08
15:04 2015

Azərbaycanda “WhatsApp”-ın fəaliyyəti məhdudlaşdırılacaq?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “WhatsApp”, “Skype” və digər internet mesajlaşma şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına əsasən, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda “Azerfon” şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında “WhatsApp”-ın səs xidmətlərinin tətbiq edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, tətbiq edilən xidmət mobil operatorların gəlirlərinin azalmasına təsir etsə belə, “WhatsApp”-ın bağlanması vəziyyətdən çıxış yolu deyil: “Azərbaycan internetin azad olduğu və hər kəsin lisenziya almağa ehtiyac olmadan şəbəkəyə qoşulma xidmətlərini göstərə bildiyi azsaylı ölkələrdən biridir”.

İ.Məmmədov qeyd edib ki, hazırda ölkədə 40-dan artıq internet servis provayderi fəaliyyət göstərir: “Bu baxımdan, məhdudlaşdırıcı tədbirlər həll yolu deyil, əksinə, onların texnoloji inkişafı hamının rifahına xidmət edə bilər. Həmin xidmətin məhdudlaşdırılması gündəmdə deyil”.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930