WhatsApp-ın yeni xidmətinə sevinəcəksiniz
1. 100 dəfə baxılıb
WhatsApp Android platformasında bir neçə ay əvvəl səsli danışmaq xüsusiyyətini aktiv etdikdən sonra bir çox istifadəçi tətbiqin çox meqabayt istifadə etməsinə görə, şikayətlənib.
Şirkət bu şikayətlərdən nəticə çıxararaq əhəmiyyətli dəyişiklik edib.
WhatsAppın səsli çağırışı, gözəl bir xüsusiyyət olmasına baxmayaraq, təəssüf ki, zaman-zaman sizi çətin vəziyyətdə qoyur.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, bu vəziyyətin fərqində olan WhatsApp səsli danışıq əsnasında çox meqabayt istehlak etmənizə maneə törədən “aşağı data istifadəsi” xüsusiyyətini tətbiqə əlavə edib.
Əgər bu xüsusiyyəti aktiv etmək istəyirsinizsə, WhatsAppın 2.12.183 versiyasını yüklədiktən sonra yuxarıdakı ekran görüntüsündəki kimi parametrlər Söhbət ayarları hissəsinə girərək altdakı Call Setting hissəsindən “Low data usage” xüsusiyyətini aktiv etməniz lazımdır.