Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“WhatsApp” qrup istifadəçiləri – DİQQƏT!

İyun 24
17:40 2016

“WhatsApp”ın təqdim etdiyi daha bir yenilik sayəsində istifadəçilər qrup yazışmaları zamanı bir-birlərini işarələyə biləcəklər.
Selefxeber.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, yenilik yaxın günlərdə istifadəyə veriləcək.
“WhatsApp”da qrup söhbəti zamanı hər hansı bir istifadəçiyə yazmaq istəsəniz, həmin şəxsi işarələyə biləcəksiniz. Bunun üçün müraciət etmək istədiyiniz istifadəçinin adının əvvəlində @ işarəsi qoymaq kifayətdir. Həmin istifadəçiyə sizdən xüsusi bildiriş gedəcək.

Qrup söhbətləri daxilində bir insana yazmaq bəzən mümkün olmur. Əlbəttə ki, həmin şəxsə ayrıca mesaj yaza bilərsiniz. Lakin söhbətin qrup daxilində olması lazımdırsa, görməsini istədiyiniz şəxsin bu mesajı oxuyacağına zəmanət verə bilmirsiniz. Ancaq məhz bu yenilik sayəsində birbaşa həmin şəxsə bildiriş gedir və ismarışınızın oxunacağına da əmin olmuş olursunuz.

Bu ayın əvvəlində “Whatsapp”a daha bir yenilik əlavə olunub. Proqramın istifadəçiləri bundan sonra bir-birlərinə GIF fayllar da göndərə biləcəklər. Adı çəkilən yenilik hazırda İOS platformalı telefonlarda “WhatsApp”ın 2.16.7.1 versiyasında “beta” rejimdə təqdim edilib.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur:“Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930