Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Whatsapp” yenə gündəmə gəldi

Yanvar 20
18:46 2015

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp” böyük bir problemlə qarşı-qarşıya qalıb.

“Sələf Xəbər”in A24.az-a istinadən məlumatına görə, “WhatsApp” rəhbərliyi tərəfindən edilən açıqlamada 2014-cü il avqust ayında aktiv istifadəçi sayının tam 100 milyon artıraraq 700 milyona çatdığını bildirdi.

Yaxın zamanda istifadəçi sayının milyardı aşacağı ehtimal edilən “WhatsApp”, bu sürətli böyümə ilə birlikdə istifadəçilər spam ismarışların dezinformasiyasına məruz qalacaq. “WhatsApp” üzərindən spam göndərənlər VoIP operatorlarından istifadə edərək öz telefon nömrələrini yarada biləcəklər və bu telefon nömrələri ilə açdıqları hesablarla istifadəçilərə mesaj göndərmək mümkün olacaq.

Xüsusilə ABŞ, Hindistan və Avropa ölkələrindəki istifadəçilərə gələn spam mesajlarını göndərən xidmət servisləri ilə əlaqə saxlamaq isə olduqca asandır!

“WhatsApp”, keçən il Facebook tərəfindən cəmi 19 milyard dollar qarşılığında satın alınmasıyla birlikdə böyük sıçrayış etmişdi.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930