Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“WhatsApp”da bir yenilik və bir təhlükə

Avqust 21
16:20 2015

“WhatsApp” ilin əvvəlində təqdim etdiyi Web versiyasını artıq iPhonelara da tətbiq edib.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, iPhone smartfonu üçün “WhatsApp” hələ ki, Azərbaycanda aktiv deyil. “WhatsApp” Webdən istifadə etmək üçün “WhatsApp” proqramında tənzimləmələr bölməsinə daxil olursunuz. Daha sonra kompyuterinizdə “WhatsAppWeb” saytında tənzimləmələr bölməsində “WhatsApp” Webi seçərək kompyuterinizdə olan QR kodu kameranın köməyi ilə oxudursunuz.

Eyni zamanda “Whatsapp”da yeni virus peyda olub.

Xəzərxəbərin məlumatına görə, “Whatsapp” ekran görüntüləri və Smayllar yenilənməsi” adı altında gələn mesajların üzərinə klik edən istifadəçilərin “Whatsapp” hesabları həmin virusa yoluxur.

Sürətlə yayılan virusun qarşısının alınması üçün “Whatsapp” istifadəçiləri diqqətli olmalıdırlar.

Qeyd edək ki, son vaxtlar sözügedən şəbəkədə bir neçə oxşar virus növləri yayılıb.

Digər xəbərlər

ARXİV

Fevral 2025
M T W T F S S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
2425262728