Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“WhatsApp”da virus yayılıb

Mart 31
16:48 2017

Populyar “WhatsApp” messencerində virus yayılıb.

Selefxeber.az-ın məlumatına görə, Lent.az “actualnews.org” saytına istinadən xəbər verir ki, zərərli proqram təminatı düşdüyü istənilən cihazdan şəxsi məlumatların surətini çıxararaq öz tərtibatçılarına ötürür.

Hakerlər foto, video, istifadəçi şifrələri və digər mühüm məlumatları birbaşa akkauntlarlardan oğurlamağı bacaran virus hazırlayıblar.

Artıq bir çox insan bu cür virtual fırıldaqçılığın qurbanı olub. Belə ki, naməlum nömrədən guya təsadüfi qazanılan mükafat barədə istifadəçiyə məlumat gəlir. Qurbanlar bu məlumatı açan kimi virus fəaliyyətə başlayır.

“WhatsApp”ın məlumat təhlükəsizliyi xidməti problemin aradan qaldırılması üzərində işləyir. Yaxın zamanlarda xidmət ənənəvi rejimdə işləyəcək.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930