Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“WhatsApp”dan çoxdan gözlənilən funksiya

Avqust 11
17:23 2017

“WhatsApp” istifadəçiləri messencer üzərindən pul göndərə və qəbul edə biləcəklər.

Selefxeber.az-ın “Azərtaca” istinadən xəbərinə görə, sözügedən funksiya “WhatsApp” messencerinin “Android” üçün son beta-versiyasında aşkar edilib. Bundan əvvəl messencerin həmtəsisçisi bildirmişdi ki, şirkət ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.

Tezliklə əlavə ediləcək “Payments” funksiyası istifadəçilərə birbaşa messencerdə pul göndərməyə və qəbul etməyə imkan verəcək. Köçürmələr banklararası ödəmə sistemi olan “UPI” vasitəsilə həyata keçiriləcək. Yeni funksiyanın hansı ölkələrdə işləyəcəyi və köçürmələr üçün komissiya tutulacağı hələ məlum deyil.

Cari ilin fevralında Hindistanda olmuş messencerin həmtəsisçisi Brayan Ekton kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşdə etiraf edib ki, onun şirkəti ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930