Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“WhatsApp”dan növbəti yenilik

İyul 31
18:15 2015

Məlumatların dərhal mübadiləsi üçün nəzərdə tutulmuş “WhatsApp” əlavəsi yeni funksiya yaradıb.

“Sələf Xəbər” Xəzərxəbər.com-a istinadən bildirir ki, bu funksiya istifadəçilərə məlumatları elektron poçt qutularında olduğu kimi, oxunmamış kimi qeyd etməyə imkan verəcək.

Mesajların üstünə basaraq və onu sıxıb saxlayaraq, istifadəçilər statusu “yaşıl”a keçirə biləcək ki, sonra cavab versinlər. Ancaq bunu söhbət edən zamanı etmək mümkün olmayacaq. İstifadəçilər tərəfindən açılan bütün mesajların yanında iki mavi “quş” işarəsi qeyd ediləcək.

Digər yeniliklərin biri isə budur ki, istifadəçi aparılan söhbəti 8 saat, 1 həftə və ya bir il müddətinə dayandırmaq imkanı əldə edəcək. Həmçinin zəngi seçmək, vibrasiyanın müddətini seçmək, həmçinin bildirişlərin gəlməsi və müəyyən danışıqlar üçün LED işığın olması funksiyası da tərtib olunub.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930