Wi-fi kodunuzu sındırmasınlar deyə nə etməli?
2. 184 dəfə baxılıb
Wi-fi kodunun sındırılması adi hal olub. İndi hamı bu olaydan şikayətçidir. Öz qonşusuna könüllü kodu deməyənlər, bir də onda gözünü açır ki, kodunu bütün qonşular bilir. Bəs nə etməli? Əməkdaşımız Mahmud Rövşənoğlu bu mövzuda bilgiləndirici süjet hazırlayıb. Evdə Wi-fi-yı olanlar diqqətiniz bizdə olsun.
İndi bir çoxlarının internet məkanından istifadə zamanı qarşılaşdığı problemlərdən biri də məhz şəxsi Wi-fi kodlarının sındırılmasıdır. Belə ki, istənilən şəxs xüsusi proqramlar vasitəsilə mənzillərdə quraşdırılan Wi-fi kodunu deşifrə edib internetdən sərbəst istifadə edə bilər. Lakin “Wi-fi” istifadəçilərinin sayı artdıqca internetin sürəti də azalır.
Wi-fi kodu sındırılan vətəndaşlar, diqqətiniz bizdə olsun.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, proqramçı bu hallardan sığortalanmanın yollarını izah edir:
Öz şəxsi modeminizi götürürsünüz, onun arxasında qeyd olunan ip adresi və onun parolu, brauzerdə, xrom opera mozila və s. kimi brauzerlərdən daxil olub, öz ip adresinizi daxil edirsiniz. 192.168.1.1 daxil olandan sonra ora parol bölməsi gəlir, admin admin qeyd edirsiniz, qeyd etdikdən sonra brodkasta daxil olub, varelesdən brodcastı no rejiminə keçirdirsiniz, keçirtdikdən sonra, orda mak adreslər qeyd olunur, işlətdiyiniz həmin (Wi-fi) cihazın mak adresini götürüb bura qeyd edirsiniz. Göstərilən adreslərə, qeyd olunandan sonra isə yalnız bu adreslərnən Wi-fi -ya giriş edə bilərsiniz.
Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında elektron təhlükəsizlik mərkəzinin aparıcı məsləhətçisi Sevinc Heydərli deyir ki, bu cür halların baş verməməsi üçün ilk növbədə Wi-fi kodunun yaradılması zamanı daha mürəkkəb şifrə seçilməlidir. Əks halda təhlükə qaçılmazdır.
Qeyd edək ki, bu cür xoşagəlməz hallarla qarşılaşdıqda vətəndaşlardan Rabitə və Yüksək Texnologiyalar nazirliyinin 1654 çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.