Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Wi-Fi” texnologiyası daha sürətli olacaq

Oktyabr 27
16:41 2016

Tezliklə “Wi-Fi” texnologiyası daha sürətli olacaq. Belə ki, “Wi-Fi Alliance” şirkəti “WiGig” adlı yüksəksürətli standartı dəstəkləyəcək smartfon, noutbuk, router və başqa qurğuların sertifikatlaşdırılmasına başlayır.

Sözügedən standart “Wi-Fi” texnologiyasının maksimal sürətini iki dəfə artıracaq. “WiGig” standartını dəstəkləyən cihazlar 2017-ci ildə satışa çıxarılacaq.

“Wi-Fi Alliance”ın hesabatlarına əsasən, “WiGig” yalnız təxminən 10 metr məsafədə işləyəcək. “Wi-Fi Alliance”ın marketinq üzrə vitse-prezidenti Kevin Robinson belə həlli “otaq texnologiyası” adlandırıb.

Selefxeber.az-ın “ICTnews” -a istinadən məlumatına görə, 10 metr distansiyanın “WiGig” standartı üçün kifayət qədər ciddi məhdudiyyət olmasına baxmayaraq, yeni texnologiya kifayət qədər imkanlara malikdir. Məsələn, virtual reallıq (VR). Hazırda VR şlemin oyun konsolu ilə birgə istifadəsi üçün naqil tələb olunur, çünki simsiz standartlar məlumatların ötürülməsi üçün lazımi sürəti təmin edə bilmir. Naqillər isə öz növbəsində hərəkəti məhdudlaşdırır. Sürətli “WiGig” standartı isə “VR” qarniturların istifadəsini asanlaşdıracaq.

Müasir smartfon, noutbuk və routerlərin əksəriyyəti maksimal sürəti 4.5 Qbit/s təşkil edən “Wi-Fi 802.11 ac” standartını dəstəkləyir. “WiGig”ə məxsus “802.11 ad” standartı isə 8 Qbit/s-dək sürəti təmin edəcək.

Digər xəbərlər

ARXİV

İyul 2025
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031