Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Wi-Fi” vasitəsiylə divarın arxasından insanı görmək mümkündür

Oktyabr 30
17:19 2015

Tədqiqatçılar əldə olunan təsvirin keyfiyyətinin yaxşılaşması üzərində işləyirlər.

“Sələf Xəbər” XəzərXəbərə istinadən bildirir ki, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda çalışan tədqiqatçıların hazırladığı sistem “Wi-Fi” texnologiyası vasitəsilə divarın arxasındakı insanı “görməyə” imkan verir.

Bu xüsusi proqram insan siluetinin tanınması üçün göndərilən və qəbul edilən “Wi-Fi” siqnallarındakı fərqdən istifadə edir. “RF-Capture” adlı qurğu məkanda insanın fiqurunu və bədən hərəkətlərini 90 faiz dəqiqliklə tanıyır. Cihaz, həmçinin divarın arxasındakı qonşu otaqda yerləşən 15 insanı müəyyən edə və fərqləndirə bilir. Tədqiqatçılar hazırda əldə olunan təsvirin keyfiyyətinin yaxşılaşması üzərində işləyirlər.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930