Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Windows 10” əməliyyat sisteminin satışı başlandı –

İyul 30
15:55 2015

Bu gün səhər saatlarında dünyada yeni “Windows 10” əməliyyat sisteminin satışına başlanılıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Microsoft” şirkəti məlumat yayıb.

“Windows 7” və “Windows 8.1” sistemlərinin idarəetməsi ilə işləyən kompyuterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan “Windows 10”nun bazara sonradan çıxarılacağı gözlənilir.

Korporativ versiyalarda – “Windows 7” , “Windows 8/8.1” və “Windows RT/RT 8.1”-də isə yenilənmələr ödənişlidir.

“Microsoft”un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, “Windows 10”-da əvvəlki “Start” menyusu yenidən yer alacaq və “Cortana” səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsilə idarə etmək mümkün olacaq. “Cortana” həmçinin istifadəçinin “Windows” sistemli müxtəlif qurğularda işi bərpa etməsinə imkan verəcək. “Windows Hello” biometrik identifikasiya sistemi kompyuterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan yaradacaq. Yeni platformada daha bir yenilik isə “Office 2016” ofis əlavəsi və “Microsoft Edge” brauzerinin quraşdırılmasıdır.

Digər xəbərlər

ARXİV

İyul 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031