Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Xroniki yuxu çatışmazlığı beyin hüceyrələrini öldürür

Aprel 07
20:03 2014

Gecə növbəsində müntəzəm iş insan beyninə ciddi neqativ təsir göstərir və onun hüceyrələrinin bərpa olunmaz məhvinə gətirir. Amerikan alimlər qrupunun laboratoriya siçanları üzərində keçirdiyi tədqiqat belə nəticə verib.

“Utro.ru”nun The Daily Mail istinadən bildirdiyi kimi, Pensilvaniya Universitetinin tibb məktəbi əməkdaşları öz məruzələrində qeyd ediblər ki, xroniki yuxu çatışmazlığı intellekt səviyyəsinə və diqqətin bir yerə toplanmasına cavab verən neyronların zədələnməsinə gətirib çıxarır.

Daha əvvəl alimlər əmin idilər ki, qısa – və ya orta müddətli yuxu itkisinin fəsadlarını sonradan uzunsürən istirahətlə kompensasiya etmək olar, lakin son tədqiqat göstərdi ki, beynin diqqəti toplama kimi bir sıra işləmə aspektləri hətta üç gün keçdikdən sonra tam şəkildə bərpa olunmur.

“Biz yuxu yoxluğunun fəsadlarının nə qədər ciddi olduğunu, əmələ gələn pozmaların aradan qaldırmağın mümkünlüyünü və doyunca yatmamağın neyronlar üçün nə qədər təhlükəli olduğunu aydınlaşdırmağa çalışırdıq”, – deyə tədqiqatın müəllifləri nəşrə bildiriblər. Tədqiqat obyekti kimi üç qrup yuxu rejimi pozulmayan, qısa müddətlər ərzində ayıq qalmağa məcbur edilmiş, həmçinin uzun müddətə yuxudan tamam məhrum edilmiş laboratoriya siçanları seçilib.

Nəticədə aydın olub ki, yuxu rejiminin qısa pozmasından sonra heyvanların orqanizmindəki neyronlar enerjiliyə cavab verən törənən zülalların miqdarını artırır, lakin daha uzunsürən məcburi oyaqlıq beyni belə qabiliyyətdən məhrum edir. Buna görə əhəmiyyətli vaxt kəsiyində yatmamış siçanlar beyin hüceyrələrinin çox böyük – bəzi fərdlərdə ümumi miqdardan dörddə biri qədər – miqdarını həmişəlik itirirdilər.

“Ən qiymətli informasiya ondan ibarətdir ki, beyin yaranmış vəziyyətə uyğunlaşa bilir, lakin bu yalnız qısa vaxt kəsiyi üçün davam edir”, – deyə tədqiqat müəllifləri yekunlaşdırıblar.

Bununla belə alimlər vurğulayır ki, apardıqları işlərin nəticələri orqanizm quruluşlarındakı fərqə və bir çox fərdi amilin mövcudluğuna görə avtomatik olaraq insanlara şamil edilə bilməz. Həkimlərin yaxın zamanlar üçün planlarına – gecə növbəsində işləmiş və təbii ölümlə vəfat etmiş insanın beyni ilə sınaqlar keçirmək daxildir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Müqəddəs Quran, “Furqan” surəsi, 47-ci ayə)

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz.

Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız.

Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031