Yalan danışan insanı necə tanımalı?
1. 953 dəfə baxılıb
Yalan danışan insanlarla hər yerdə qarşılaşmaq olar. Bəs yalan danışan insanları neçə müəyyən etmək olar?
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Avropanın aparıcı psixoloqları yalanı üzə çıxarmağın bir neçə üsulunu müəyyən ediblər. Psixoloqların fikrincə, sualdan qaçan insanın dodaqlarını çeynəməsi, danışarkən əllərini sinəyə söykəmək, üz və burun nahiyəsinə sürtmək kimi davranışları yalana dəlalət edir.
Qənaətə görə, sözü söyləyərkən barmaqlarını sıxan, ayaqlarını tez-tez oynadan, sualı təkrarladan, söhbət zamanı “amma” bağlayıcısını mütəmadı işlədən, gözlərin içinə baxaraq danışan insanlarla diqqətli olmaq məsləhət görülür.
Elm adamlarının araşdırmasında ən maraqlı üsul isə ondan ibarətdir ki, yalan danışan insanın burnunda isinmə əmələ gəlir. Bu səbəbdən yaxın adamın yalanını burnunu yoxlamaqla müəyyənləşdirmək olar.
Sələf Xəbər: Yalan danışmaq günümzdə bir çox cəmiyyətlərin mübtəla olduğu pis vərdişlərdəndir. Yalan danışmaq xasiyyəti dini təlimlərdən uzaq düşmüş, yaxud dini tərbiyəyə əhəmiyyət vermədən öz nəfsinə aldanan müsəlmanlarda da çox geniş yayılmışdır. Halbuki dinimiz yalan danışmağı böyük günahlardan hesab edir. Bu o qədər böyük günahdır ki, hətta insanın qəlbində iman ilə yalanın bir arada olması mümkünsüz hesab edilmişdir. Yalan danışarkən insan sanki imanını kənara atır, yalandan sonra isə imanı geri qayıdır. Yalan danışmaq hər-halda böyük günahlardan hesab olunur.
Media işçiləri də bu baxımdan olduqca diqqətli olmalıdırlar. Biz xəbər toplayarkən və onu cəmiyyətə çatdırarkən ilk diqqət edəcəyimiz amil onun doğru olmasıdır. Reytinq qazanmaq, populyar olmaq və digər bu kimi “mənfəətlər” üçün nəyi oldu xəbər vermək, yalançılıq etmək təhlükəsi yaradır.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Dörd (xislət) vardır ki, bunlar kimdə olsa, əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar: ona əmanət verildiyi zaman xəyanət edər, danışan zaman yalan danışar, əhd bağladığı zaman (əhdini) pozar, mübahisə etdiyi zaman haqsızlıq edər”. (Buxari)
Uca Allahdan diləyimiz budur ki, bizi hər zaman doğru danışmağa və doğru xəbər çatdırmağa müvəffəq etsin… Amin!